Böyük Britaniyanın "Opta" analitik şirkətinin superkompüteri Fransa yığmasını futbol üzrə 2026-cı il dünya çempionatının əsas favoriti hesab etməkdə davam edir

Böyük Britaniyanın "Opta" analitik şirkətinin superkompüteri Fransa yığmasını futbol üzrə 2026-cı il dünya çempionatının əsas favoriti hesab etməkdə davam edir .

Matc.az xəbər verir ki, "Opta" şirkətinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, yarımfinal mərhələsinin oyunları öncəsi kompüter fransızların turnirdəki qələbə şansını 33,81 faiz dəyərində qiymətləndirir. İkinci pillədə onların növbəti rəqibi olan İspaniya millisi qərarlaşıb (24,16 faiz). Siyahıda sonrakı yerləri isə müvafiq olaraq İngiltərə (21,97 faiz) və Argentina (20,06 faiz) yığmaları tutur.

Yarımfinal mərhələsində Argentina və İngiltərə komandaları iyulun 15-də üz-üzə gələcəklər. Fransa və İspaniya yığmaları isə yarımfinal matçını iyulun 14-də keçirəcəklər.

Dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir. Cari dünya birinciliyi iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentina millisidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest