"İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik".

Matc.az xəbər verir ki, bu sözləri səfərdə "Turan Tovuz" ilə 2:2 hesablı heç-heçə edən "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfransıda iştirak edib:

"çox çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. "Turan Tovuz" yaxşı oyunlar keçirib. Bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Komandanı görüşə yaxşı kökləmişdik. İlk hissə o qədər də yaxşı oynamadıq. İkinci hissədə özümüzdə güc tapıb hesabı 0:2-dən 2:2-yə gətirdik. Süni meydanda oynamaq çətin idi. Düşünürəm ki, komanda əlindən gələni etdi. Belə bir oyunda heç-heçə pis nəticə deyil. Futbol emosiyalar oyunudur. İnsan özündən çıxa bilər. Hakimlər bir az səbrli olmalıdır. Biz iradımızı bildiririk. Etiraz edən kimi ikinci sarı vərəqəni verirlər. İstərdim ki, bu məsələdə hakimlər bir az diqqətli olsunlar. Söyüş olmayıb. Yalan danışmaram heç vaxt. Etiraz etdim. Dedim ki, oyunu kişi kimi idarə et. Omarın epizodunda təmiz cərimə var idi, vermədi. Ona bildirdim ki, cərimə zərbəsi təyin etməliydin".

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest