Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes yığmaya iş axtarışı tətbiqi vasitəsilə düşdüyünü etiraf edib. Futbolçu ilə ölkənin futbol assosiasiyası LinkedIn sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb.
Matc.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Bildirilir ki, İrlandiyada doğulan oyunçu portuqal dilində mesaj alıb və bunun spam olduğunu düşünərək əvvəlcə ona məhəl qoymayıb.
"9 aydan sonra mənə bir daha, artıq ingilis dilində yazdılar və bu təklif barədə düşünüb-düşünmədiyimi soruşdular. Yalnız o zaman mən əvvəlcədən etməli olduğum şeyi etdim və orijinal mesajı Google Translate vasitəsilə tərcümə etdim. Sosial şəbəkə vasitəsilə ünsiyyət qurmaq olduqca qəribə bir yanaşma idi. Sonradan mənə izah etdilər ki, klubumla əlaqə saxlamağa çalışarkən çətinliklərlə qarşılaşıblar. Qarşımda belə bir fürsətin açıldığını anlayanda ilk dəqiqədən bu ideyanı dəstəklədim. Və biz bütün lazımi sənədlərin rəsmiləşdirilməsi üzərində işləməyə başladıq", - deyə Lopes qeyd edib.
Qeyd edək ki, Kabo-Verde millisi 1/16 final mərhələsində əlavə vaxtda Argentina komandasına uduzaraq (2:3) dünya çempionatını tərk edib.













