18 Sentyabr 2023, 22:52
FUTBOL
Pep Qvardiola "Mançester Siti"nin rəqibləri ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Arsenal”ın nə qədər güclü olduğunu artıq bilirsiniz . Onlar dünən heyrətamiz oynadılar. "Mançester Yunayted" planlaşdırdıqları kimi başlamadılar. Eyni şey "Çelsi"yə də aiddir. Ancaq həm "Yunayted", həm də " Çelsi " gec-tez düzgün ritmi tapacaq".