İspaniyalı futbolçu Serxio Ramosun evi qarət edilib. Matc.az xəbər verir ki, hadisə sentyabrın 20-də baş verib.
 
Həmin gün "Sevilya" çempionlar Liqasında "Lens"la (1:1) qarşılaşıb. Oğurluq zamanı evdə Ramosun dörd uşağı və iki müəllimi olub.
 
Futbolçunun özü həmin an "Lans"la matçda, həyat yoldaşı isə işdə olub. Sevilya ətrafındakı evdə olan uşaqlar və müəllimlər xəsarət almayıb.
 
Qeyd edək ki, 37 yaşlı müdafiəçi 18 ildən sonra "Sevilya"ya qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest