“Barselona”nın sabiq futbolçusu Dani Alveş klubun əfsanələri siyahısından çıxarılmayıb. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat verib.

Braziliyalı keçmiş müdafiəçinin kataloniyalıların rəsmi saytında əfsanələr bölümündəki profilinin silindiyi bildirilirdi. Lakin məlumat təkzib olunub. Zorlamada ittiham olunan Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dani Alveş 2008-2016 və 2021-2022-ci illərdə “Barselona”nın formasını geyinib, 6 dəfə İspaniya çempionu, 4 dəfə İspaniya Kuboku, 4 dəfə Superkuboku, 3 dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest