"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə kubokunun 5-ci turunun "Luton Taun"la oyununda (6:2) zədələnib.

Matc.az xəbər verir ki, 38-ci dəqiqədə ingiltərəli futbolçu məcburi əvəzlənərək meydanı tərk edib. Ceremi Doku onu əvəz edib.

Bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib:

"Həkimlərlə hələ danışmamışam. O, özünü çox, çox yaxşı hiss edirdi, amma təəssüf ki, oyunun əvvəlində yenidən zədələndi.
 
Təbii ki, məyusdu. Onun üçün çətin mövsüm oldu, indi o, sağalmalı və geri qayıda bildiyi zaman bizə kömək etməlidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest