14 İyul 2025, 18:20
FUTBOL
"Əl-Hilal" "Aston Villa"nın hücumçusu Olli Uotkinsi transfer etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.
Səudiyyə Ərəbistanı klubunun artıq transfer danışıqlarına başlamağa hazır olduğu bildirilir. "Aston Villa" hücumçuya görə 115 milyon avro alacağını gözləyir.
Qeyd edək ki, ötən mövsüm Uotkins 54 matçda 17 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun İngiltərə millisində də 18 matçı və 5 qolu var. "Transfemarkt" hücumçunun dəyərini 40 milyon avro qiymətləndirir.