14 İyul 2025, 20:47
FUTBOL
"Milan" "Benevento"nun 16 yaşlı hücumçusu Daniele Petrone ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Forvardla müqavilənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl o, "Benevento" gənclər komandasında oynayıb və oradan İtaliyanın U-16 milli komandasına çağırılıb.