"Çelsi" "Palmeyras"ın sağ cinah oyunçusu Estevaonun transferi tamamlanıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Çelsi" 18 yaşlı futbolçu üçün 34 milyon avro ödəyib, futbolçunun özü isə 8 illik müqavilə imzalayıb ki, bu da tamamilə londonluların ruhuna uyğundur.

Qeyd edək ki, gənc braziliyalı Braziliya A Seriyasında böyüklər səviyyəsində 11 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest