16 Aprel 2024, 10:45
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa klubundakı durumundan danışıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis Paris təmsilçisində təzyiq altında işləyib-işləmədiyi ilə bağlı sualı maraqlı formada cavablandırıb.
O, bu baxımdan heç bir problem yaşamadığını söyləyib: “Həftənin 6-7 günü işləyib, səhər 6-da oyananlar təzyiqə məruz qalırlar. Mən bir lord kimi yaşayıram və hər gün təbəssümlə işləyirəm”.
Qeyd edək ki, Luis Enrike ötən ildən PSJ-ni çalışdırır.