AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXX turunun 2 oyunu ilə bağlı cəzaları açıqlayıb. Matc.az xəbər verir ki, “Zirə” ilə ev görüşünün 52-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilən “Sumqayıt” 1500 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması “kimyaçılar”ı daha 800 manat xərcə salıb.

“Qarabağ”la matçda 5 üzvü sarı vərəqə alan “Sabah” da 700 manat cərimə edilib. Görüşün ardından meydançaya kənar şəxslər daxil olduğundan, bakılılar daha 800 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest