“Qarabağ” – “Qəbələ” matçının 66-cı dəqiqəsində birincilərin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Bu, “Qarabağ”ı 1500 manat ziyana salıb.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXXI turunda keçirilən görüşlərdəki neqativ hallara hüquqi qiymət verilib.
 
“Qarabağ” – “Qəbələ” matçının 66-cı dəqiqəsində birincilərin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Bu, “Qarabağ”ı 1500 manat ziyana salıb.
 
“Neftçi” ilə qarşılaşmanın 67-ci dəqiqəsində qırmızı vərəqə alan “Zirə”nin futbolçusu Ceyhun Nuriyev 1 oyun cəzalanıb, klubu 500 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması “Zirə”nin daha 800 manat cərimə edilməsinə yol açıb.
 
“Sabah”la ev oyununun 87-ci dəqiqəsində azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən, “Kəpəz” 1000 manat cərimə olunub.
 
“Səbail”lə ev matçının ardından meydançaya kənar şəxslər daxil olduğuna görə isə “Araz-Naxçıvan” 800 manat cərimə ödəməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest