09 May 2024, 22:03
FUTBOL
Argentinalı hücumçu Lionel Messinin "Barselona" ilə salfet üzərində imzalanan ilk müqaviləsi hərraca çıxarılıb.
Matc.az xəbər verir ki, lotun başlanğıc qiyməti 300 min funt sterlinqdir, hərrac mayın 17-dək davam edəcək. Messi "Barselona"nın yetirməsidir. Futbolçu 2003-cü ildə "mavi-qranatlar"ın əsas komandasında oynamağa başlayıb. Kataloniya klubunun tərkibində argentinalı 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub.
2021-ci ildə Messi "Barselona"dan ayrılıb və azad agent kimi PSJ-yə keçib. Parislilərlə Lionel 2 çempionluq titulunu və Fransa Super Kubokunu qazandırıb. 2023-cü ilin yayından o, "İnter Mayami"də çıxış edir.