PSV “Barselona”dan icarəyə götürdüyü Serjinyo Dest barədə qərarını verib. Matc.az xəbər verir ki, Niderland klubu ABŞ millisinin üzvünü birdəfəlik transfer etməyəcək.

PSV 23 yaşlı cinah müdafiəçisinin transfer hüququna malik olmaq hüququna malikdi. Lakin rəhbərlik bundan imtina edib. Səbəb Destin çarpaz bağ yırtığı səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalmasıdı. Müdafiəçi yayda “Barselona”ya qayıdacaq.

Qeyd edək ki, Dest 2025-ci ilin yayına qədər kataloniyalılara məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest