“Real” və “Atalanta” arasında keçiriləcək UEFA Superkuboku oyununun təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, UEFA İspaniya və İtaliya klublarının duelini İsveçrədən olan hakimlər briqadasına həvalə edib.

Polşanın Varşava şəhərində təşkil olunacaq qarşılaşmanı Sandro Şörer idarə edəcək. Avqustun 14-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Real” Çempionlar Liqasının, “Atalanta” isə Avropa Liqasının son qalibidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest