"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya klubunu rəhbərlik etməyi dayandırdıqdan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Ramon Alvares de Mont məlumat verib.

Bildirilir ki, Madrid rəhbərliyi Ançelottinin ideal davamçısı kimi "Bayer"in baş məşqçisi Xabi Alonsonu görür.

Qeyd edək ki, italiyalı mütəxəssisin "Kral Klubu" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ançelotti 2021-ci ilin yayında "Real"a qayıdıb. Bundan əvvəl 65 yaşlı məşqçi 2013-2015-ci illərdə kluba rəhbərlik edib. Ançelottinin rəhbərliyi altında İspaniya nəhəngi 3 dəfə Çempionlar Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest