"Mançester Siti"nin və Xorvatiya millisinin mərkəzi yarımmüdafiəçisi Mateo Kovaçiç qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Ceyms Benq məlumat verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının klubu xorvatiyalını qarşıdakı qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. İddia olunur ki, hücumçu Kriştiano Ronaldo "Mançester Siti"nin yarımmüdafiəçisini almaqda israrlıdır. "Əl-Nəsr" yaxın vaxtlarda Sadio Mane və ya Taliska ilə yollarını ayıra bilsə, oyunçuya həftəlik 1 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır.

Qeyd edək ki, keçən mövsüm Kovaçiç Mançester təmsilçisinin heyətində bütün turnirlərdə 51 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" internet portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest