FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində “Drita” (Kosovo) ilə “Breydablik” (İslandiya) arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.

Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

İyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest