Misir yığmasının sabiq hücumçusu Mido karyerasını bərpa etmək qərarına gəlib. Matc.az xəbər verir ki, o, 41 yaşında futbola dönməyə hazırlaşır.

“Roma” və “Tottenhem”in keçmiş forvardı 2013-cü ilin yayında təqaüdə çıxdığını açıqlamışdı. Mido daha sonra Misir klublarında məşqçi kimi çalışıb, Səudiyyə Ərəbistanında isə bir komandaya rəhbərlik edib.

Mido açıqlamasında 11 ildən sonra böyük futbola dönmək istədiyini açıqlayıb: “Mənim səyahətim hələ bitməyib. Misir Premyer Liqasında futbol oynamağa qayıtmağı düşünürəm. Geri dönsəm, ən azı 10 qol vuracağıma mərc edirəm. Hazırda orada yaxşı hücumçu yoxdu və bu, məni geri qayıtmağa ruhlandırır”.

Mido özünü 60 faiz futbola qayıtmağa hazır saydığını vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest