Yay təlim-məşq toplanışını davam etdirən “Şamaxı” 4-cü yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, bölgə təmsilçisi Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşıb.

Şamaxı klubu rəqibini 2:0 hesabı ilə məğlub edib. Komandanın heyətində Conatan Benteke dublla yadda qalıb.

Qeyd edək ki, “Şamaxı” bundan əvvəlki yoxlama oyunlarında “Kəpəz”ə 2:1, “Pelikan”a 5:0, “Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest