“Lans”ın yarımmüdafiəçisi Morqan Quilavoqi “Sent Pauli”yə keçib.

Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Quilavoqi almaq maddəsi ilə Almaniya klubunda bir mövsümlük icarə əsasında çıxış edəcək.

26 yaşlı qvineyalının bazar dəyəri 3 milyon avrodur.

Qeyd edək ki, Morqan Quilavoqi “Sent Etiyen”in yetirməsidiri. O, Qvineya millisində 21 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest