“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə “L'equipe” nəşri məlumat yayıb.

Bildirilir ki, “Los Anceles” fransalı hücumçunu transfer etmək istəyir. MLS təmsilçisi Qrizmanna sərfəli maaş təklif edib. O, təklifi qəbul etsə, çempionatda “İnter Mayami”nin hücumçusu Lionel Messidən sonra ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, Antuan Qrizmannın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest