“Qalatasaray” “Zenit”in yarımmüdafiəçisi Vendelin transferinə alternativ tapıb.

Matc.az xəbər verir ki, bu barədə “Bolavip” nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu braziliyalını 25 milyon avroya Sankt-Peterburqdan transfer etməkdən imtina edib. Əvəzində “Qalatasaray” 24 yaşlı Kolumbiya millisi və “Palmeyras”ın futbolçusu Riçard Riosa 16 milyon avro təklif göndəriblər.

Qeyd edək ki, Rios 2023-cü ildən “Palmeyras”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi braziliyalıların heyətində bütün turnirlərdə 30 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə Riosun təxmini dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest