"Turan Tovuz" V turu da qələbə ilə başa vurdu.

Tovuz təmsilçisi bu dəfə qol buraxmadan "Səbail"i məğlub etdi - 1:0. Kurban Berdiyevin komandası fasiləyə 13 xalla zirvədə yollandı.

Məşqçi işi çox böyük amildi. Çoxlarının "tükənmiş" damğası vurduğu Berdiyev "Turan"da bunu sübuta yetirməkdədi. Kasad heyət, məhdud büdcə ilə 1 heç-heçə və 4 ardıcıl qələbə! Sadəcə, bravo!

"Turan"dan fərqli, daha yaxşı büdcəsi, şəraiti olan "Səbail" baş məşqçi sarıdan ciddi əziyyət çəkir. Şahin Diniyevin komandasının belə mənasız oyunla ötənilki kimi yenə "altılığ"a düşməyəcəyi indidən bəllidi. Subyektiv fikrimdi, "dənizçilər"in çempionatda əsas rəqibi elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" olacaq.

Qarşıda millilərin oyunları ilə bağlı fasilə yaranacaq, böyük ehtimalla səbri tükənmiş "Səbail" rəhbərliyi bundan yararlanıb Diniyevdən hesabat istəyəcək.

Rauf Vəliyev bu dəfə də Diniyevin şablon bəhanə və romantik nağıllarına inansa, "Kəpəz"in Premyer Liqada qalmaq şansı yaranacaq...

Sonra demədi deməyin...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest