24 İyul 2026, 17:20
TOP OYUNLARI
Azərbaycan milli komandasının blokçusu Mariya Kirilyuk "Turan" voleybol klubunun heyətinə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təcrübəli blokçu 2026/2027-ci illər mövsümündə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandanın uğurları üçün mübarizə aparacaq.
Kirilyuk karyerası ərzində "Lokomotiv", "Azərreyl", "Muariz" və "Abşeron" kimi yerli klublarla yanaşı, Rusiyanın "Sparta Nijni Novqorod", "Severyanka Çerepovets" və Çinin "Şençjen JonqSay" komandalarında da çıxış edib.
İdmançı həmçinin İslam Həmrəyliyi Oyunlarında və 2026-cı ildə Azərbaycan milli komandasının heyətində yer alıb.













