Bu yaxınlarda ciddi zədədən sağalan "Əl-Hilal" və Braziliya millisinin ulduzu Neymar 7 milyon funt-sterlinqə özəl ada almağı planlaşdırır.

Bu yaxınlarda ciddi zədədən sağalan "Əl-Hilal" və Braziliya millisinin ulduzu Neymar 7 milyon funt-sterlinqə özəl ada almağı planlaşdırır.

Matc.az istinadən xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.

Bildirilir ki ki, 32 yaşlı futbolçu Yapao adasını almağa yaxındır. 6 hektarlıq tropik ada Rio de Janeyro əyalətinin cənub-qərbindəki Anqra dos Reys liman şəhəri yaxınlığında yerləşir.

Adanın diqqət çəkən məqamlarına dəbdəbəli özəl çimərlik, açıq cakkuzi, balıq gölməçəsi və dənizə baxan üç kottec daxildir. Adada İndoneziya üslubunda hazırlanmışdır bir neçə villa da var.

10 VİP qonaq qəbul edə bilən adaya yalnız qayıq və ya vertolyotla getmək mümkündür. Rio de Janeyro Beynəlxalq Hava Limanından helikopterlə uçuş təxminən 35 dəqiqə çəkir.

Adanın kanadalı sahibi Neymarı 3 milyon funt-sterlinq endirimlə həvəsləndirərək tez bir zamanda satmaq istəyib. Braziliyalı, öz növbəsində, hələ də düşünür, lakin məşhur Dubay daşınmaz əmlak investoru Şeyx Məhəmməd Binqatti ilə birlikdə adanı test üçün icarəyə götürüb. Bu, ona 40 min funt-sterlinqə başa gəlib.

Futbolçu oktyabrın sonunda dostları ilə adada dincəlməyi planlaşdırır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest