2001-ci ildən "Roma"nın əsas komandasında çıxış edən Daniele De Rossi bu müddət ərzində 614 oyunda iştirak edib, 63 qola imza atıb.

"Roma" yarımmüdafiəçisi Daniele De Rossi ilə yollarını ayırır. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, 36 yaşlı futbolçu karyerasını bitirmək fikrində deyil və bu üzdən "canavarlar"la vidalaşacaq. "Roma"nın prezidenti Cim Pallotta isə kapitana klubun qapılarının hər zaman açıq olacağını söyləyib: "Daniele 18 ildi ailəmizin bir üzvüdü. "Parma" ilə oyun onun "Roma"nın heyətində son matçı olacaq. Qapımız üzünə daim açıqdı. Onu yenidən "Roma"da yeni vəzifədə görməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, 2001-ci ildən "Roma"nın əsas komandasında çıxış edən Daniele De Rossi bu müddət ərzində 614 oyunda iştirak edib, 63 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest