08 Yanvar 2025, 16:04
FUTBOL
“Barselona”nın vingerdi Lamin Yamal zədəsin tam sağaldıb. Matc.az xəbər verir ki, bu barədə kataloniyalıların baş məşqçisi Hans-Ditter Flik məlumat verib.
O bildirib ki, 17 yaşlı Avropa çempionu artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Flik komandanın aparıcı oyunçusunun İspaniya Superkubokunun yarımfinalında bu gün “Atletik”lə keçiriləcək görüşə hazır olduğunu söyləyib.
Qeyd edək ki, “Barselona” – “Atletik” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.