08 Yanvar 2025, 17:36
FUTBOL
“Barselona” 2024-25 mövsümünün ikinci yarısı üçün ispan oyunçularını müvəqqəti qeydiyyatdan keçirməyə icazə ala bilər. Matc.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktordan gedir.
La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) imtina etməsinə baxmayaraq, Ali İdman Şurası (CSD) kataloniyalılara oyunçularını müvəqqəti qeydiyyatdan keçirmək imkanı vermək niyyətindədir. Çünki “Barselona”nın tələbinin hüquqi əsası və araşdırılması üçün kifayət qədər arqumentləri var.
Ali Şuranın hüquq xidmətlərinə işi öyrənmək və yekun hökm çıxarmaq üçün üç aya qədər vaxt verilib.