08 Yanvar 2025, 17:00
FUTBOL
“Mahirlə ünsiyyət qurmaq asan deyil”. Matc.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.
Almaniyalı mütəxəssis Bild.de nəşrinə açıqlamasında Azərbaycan millisinin hücumçusu barədə danışıb. Kloze həmyerlimizdən narazılığını dilə gətirib: “Ona etmədiyi hərəkətləri 2-3 dəfə başa salırıq. Buna görədi ki, tez-tez künc və standart vəziyyətlər zamanı harada durmaq barədə göstərişlər alır. Onunla daim bu məsələlər üzərində iş gedir. Stefanos Tzimasla münasibəti yaxşılaşıb. Ancaq hələ razı deyiləm”.
Qeyd edək ki, Mahir Emrelinin Bundesliqa II klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi. Almanların sözləşməni daha bir il uzatmaq hüquqları var.