“Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə maraqlanan daha bir klubun adı bəlli olub. Matc.az xəbər verir ki, “Sevilya” və “Flamenqo” ilə yanaşı, “Bayer” də braziliyalı forvardı transfer etmək fikrinə düşüb.

“SBT Rio”nun əməkdaşı Venye Kasaqrandenin sözlərinə görə, Leverkuzen klubu “Sevilya” ilə eyni vaxtda “Qarabağ”a təklif göndərib. Lakin almanların vəd etdiyi məbləğ az olduğundan, rədd cavabı verilib.

Kasaqrande bu barədə belə yazıb: “Maraq göstərən təkcə “Sevilya” deyildi. Digər çox məşhur klub “Bayer” də Juninyo ilə maraqlanırdı. Lakin o vaxt “Sevilya”nın təklifi həm klub, həm də oyunçu üçün daha cəlbedici idi”.

Qeyd edək ki, Juninyonun hələ də karyerasını harada davam etdirəcəyi məlum deyil. Hücumçunun son anda “Sevilya”ya keçməkdən imtina edərək “Flamenqo” ilə anlaşdığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest