Bir neçə gün əvvəl "Zirə"dən ayrılan Abbas İbrahimin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək.

27 yaşlı futbolçu Superliqa təmsilçisi "Elbasani" ilə 2026-cı ilin iyununa qədər müqavilə bağlayıb. 

2023-cü ilin fevralında "qartallar"a keçən A.İbrahimin sözləşməsinin müddəti yayda başa çatmalı olsa da, qarşılıqlı razılıq əsasında onun sözləşməsinə xitam verilmişdi.

A.Abrahim 2024/25 mövsümündə "Zirə"də az oyun şansı qazanıb. O, bütün turnirlərdə cəmi 8 oyuna çıxıb və 1 qol ötürməsi edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest