İspaniya Kral Futbol Federasiyası (RFEF) "Barselona"nın prezidenti Joan Laportanın Ali İdman Şurasının (CSD) Kataloniya klubuna yarımmüdafiəçi Dani Olmonu və hücumçu Pau Viktoru mövsümün ikinci hissəsində qeydiyyatdan keçməsinə icazə verməməsi xəbərinə reaksiyası ilə bağlı ilkin araşdırmaya başlayıb.

Matc.z xəbər verir ki, bu barədə AS məlumat paylaşıb.

Bildirilir ki, bu araşdırmadan sonra Laportaya qarşı intizam işi açıla bilər.

Qeyd edək ki, Laporta Olmo və Viktorun qeydiyyatdan keçməsi xəbərini İspaniya Superkubokunun yarımfinalında "Atletik Bilbao" ilə matçda (0:2) öyrənib. O, oyun zamanı olduğu salonda emosional olaraq qeyri-etik ifadələr işlədib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest