21 Yanvar 2025, 18:10
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti klubu tərk edəcəyi ilə bağlı yayılan münasibət bildirib.
Matc.az xəbər verir ki, mütəxəssis bu məlumatları təkzib edib:
"Real"dan ayrılmaq qərarına gəlməmişəm. Ümid edirəm ki, prezident Florentino Peres kimi daha 4 il klubda qalacağam. 2029-cu ildə birlikdə böyük bir vida etmək ideal olardı!".
Qeyd edək ki, bundan əvvəl Ançelottinin cari mövsümün sonunda "Real"dan gedəcəyi yazılmışdı.