FİFA 2025-ci ilin dekabrında ABŞ prezidenti Donald Trampa təqdim olunan Sülh Mükafatının ləğv edilməsi imkanlarını nəzərdən keçirir. Təşkilatın futbolda sosial məsuliyyət komitəsinə bu məsələni araşdırmaq tapşırılıb.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, müvafiq qərar FİFA Şurasının oktyabrın 15-də Sürixdə keçirilən iclasında qəbul olunub. 22 nəfərdən ibarət komitə mükafatın gələcəkdə mövcudluğunun məqsədəuyğunluğunu qiymətləndirməli və onun hansı formatda təqdim edilə biləcəyini müəyyənləşdirməlidir. Mümkün variantlar arasında siyasətçilərin mükafatlandırılmasından imtina edilməsi və ya mükafatın tamamilə ləğv olunması yer alır. Bununla belə, birdəfəlik ləğvetmə ilə bağlı hələlik yekun qərar verilməyib. Komitə öz hesabatını FİFA Şurasının dekabrda Dohada keçiriləcək növbəti iclasında təqdim etməlidir.
FİFA prezidenti Canni İnfantino hər il təqdim olunacaq Sülh Mükafatının təsis edildiyini 2025-ci ilin noyabrında elan etmişdi. Mükafatın dünyada sülhün möhkəmləndirilməsinə və insanların birliyinə müstəsna töhfə vermiş şəxslərə təqdim olunması planlaşdırılırdı.
Mükafatın ilk laureatı Donald Tramp olub və İnfantino bu mükafatı ona 2025-ci il hisəsinin dekabrında Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı təqdim edib. Maraqlıdır ki, bu mükafatın təsis edilməsi təşkilatın rəhbər orqanı olan FİFA Şurası tərəfindən təsdiqlənməmişdi.
Xatırladaq ki, bir qədər əvvəl FİFA-nın DÇ-2026-da Balonqunla bağlı yaşanan qalmaqaldan sonra diskvalifikasiyalarla bağlı reqlamenti dəyişməyi planlaşdırdığı bildirilirdi.













