“Sabah” Azərbaycan çempionatlarında 80 və daha çox matçda qələbə görən 17-ci komandadı.
“Sabah” Misli Premyer Liqasının 22-ci turunun “Turan Tovuz”la ev oyununda 2:1 hesablı qələbəyə imza atıb. Matc.az xəbər verir ki, bu qalibiyyət “bayquşlar” üçün ikiqat yubileylə əlamətdar olub.
Bu barədə məlumat Peşəkar Futbol Liqası tərəfindən yayılıb. Qeyd edilib ki, paytaxt klubu bununla da çempionatda 80-ci qələbəsinə nail olub. “Sabah” Azərbaycan çempionatlarında 80 və daha çox matçda qələbə görən 17-ci komandadı.
Bundan əlavə, “Sabah” öz meydanında 40-cı dəfə 3 xal əldə edib. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən “bayquşlar” “Karvan”la MOİK-ə çatıblar.
“Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” ilə matçda əldə edib, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə qarşılaşmada qeydə alınıb.