"Neftçi"dən ayrılan Yuri Matias sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
"Neftçi"dən ayrılan braziliyalı müdafiəçi Yuri Matias komanda ilə vidalaşıb.
Matc.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:
"Neftçi" ailəsindən hər kəsi salamlayıram. Artıq vidalaşmağın vaxtıdır. Hər şeyə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram. "Neftçi” karyeramda ən çox oyun keçirdiyim və ən çox qol vurduğum kluba çevrildi. Bu cür tarixi olan klubda oynamaq mənim üçün şərəf idi".
Xatırladaq ki, 30 yaşlı müdafiəçi 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi. Bu müddət ərzində braziliyalı 71 oyun keçirib və 10 qol vurub. O, "Neftçi"yə qədər "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" klublarında oynamışdı.