02 İyun 2025, 22:03
FUTBOL
"Atletiko" Antuan Qrizmannın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Antuan Qrizmann ötən mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 53 oyunda 16 qol vurub, 9 qol ötürməsi edib.