Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

Matc.az xəbər verir kki, “Sabah”ın U-12 komandası növbəti oyunlarını keçirib. Təmsilçimiz Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0), Türkiyənin “Fənərbaxça” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.

Qeyd edək ki, "Sabah" daha öncə “Rizespor” (1:2), “Başakşehir” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı. Emin Salmanovun baş məşqçisi olduğu komanda turniri 8 xalla 6-cı pillədə başa vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest