02 İyun 2025, 22:34
FUTBOL
"Sportinq"in futbolçusu Pedro Qonçalveş İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Mançester Yunayted" portuqaliyalı vingeri transfer etmək istəyir. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim "Sportinq"də birlikdə çalışdığı 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Pedro Qonçalveş başa çatan mövsümdə Lissaboon təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 6 qol vurub, 6 qol ötürməsi edib.