06 İyun 2025, 14:56
FUTBOL
Xorvatiyanın “Hayduk” klubu baş məşqçi Cennaro Qattuzo ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtalyan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qattuzo ötən ilin yayında "Hayduk"un baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Xorvatiya çempionatında mövsümü 3-cü pillədə başa vurub.