Can Pyero Qasperini ilə yollarını ayırmağa hazırlaşan "Atalanta"nın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Matc.az xəbər verir ki, Berqamo təmsilçisi İvan Yuriçlə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

49 yaşlı xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, İvan Yuriçin son iş yeri İngiltərədə "Sauthempton" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest