"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa Türkiyədə çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Fənərbaxça" kamerunlu futbolçunu transfer etmək istəyir. Super Liqa nəhəngi Anqissa üçün "Napoli" ilə danışıqlara başlamağa hazırlaşır. İtaliya klubu 29 yaşlı yarımmüdafiəçini 15-20 milyon avroya satmağa hazırdır. Kamerun milllisinin üzvü ilə "Çelsi" və "Monako" da maraqlanır.

Qeyd edək ki, Frank Anqissa başa çatan mövsümdə "Napoli"nin heyətində keçirdiyi 37 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest