16 İyun 2025, 14:14
FUTBOL
Türkiyənin "Rizespor" klubu baş məşqçi İlhan Palutla bağlı qərar verib.
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi 48 yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli məşqçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, İlhan Palut 2023-cü ilin yayında "Rizespor"un baş məşqçisi təyin olunub. Komanda ötən mövsüm Super Liqanı 49 xalla 9-cu pillədə başa vurub.