FİFA klublarası dünya çempionatına start verilib.

Matc.az xəbər verir ki, turnirin ilk günündə 3 qarşılaşma baş tutub.

Çempionatın açılış oyununda, A qrupunda "Əl-Əhli" "İnter Mayami" ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı açılmayıb. 

C qrupunda "Bavariya" 10 cavabsız qolla "Okland Siti"ni darmadağın edib. B qrupunda isə PSJ "Atletiko"ya qalib gəlib - 4:0.

Qeyd edək ki, ABŞ-da keçirilən çempionata iyulun 13-də yekun vurulacaq.

KDÇ-2025
15 iyun

A Qrupu

"Əl-Əhli" (Misir) – "İnter Mayami" (ABŞ) - 0:0

C Qrupu

"Bavariya" (Almaniya) – "Okland Siti" (Yeni Zelandiya) - 10:0
Qollar:
Koman, 6, Boey, 18, Olis. 20, 45+3, Müller, 45, 89, Musiala, 67, 73 (pen), 84 

B Qrupu

PSJ (Fransa) – "Atletiko" (Madrid, İspaniya) - 4:0
Qollar:
Ruiz, 19, Vitinya, 45+1, Mayulu, 87, Kan İn, 90+7(pen)
Qırmızı vərəqə: Lenqlet, 77

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest