"Bornmut" "Renn"in müdafiəçisi Adrien Trufferi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi 23 yaşlı sol cinah müdafiəçisi üçün Fransa klubuna 14 milyon avro təzminat ödəyəcək. Fransalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Adrien Truffer ötən mövsüm "Renn"in heyətində keçirdiyi 35 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest