08 İyul 2025, 11:59
FUTBOL
"Arsenal" heyətinə yeni futbolçu cəlb edəcək.
Matc.az xəbər verir ki, "topçular" "Brentford"un kapitanı Kristian Norqardın keçidini həll edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Arsenal" danimarkalı yarımmüdafiəçi üçün onun klubuna 10+2 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, 2019-cu ilin yayından "Brentford"da çıxış edir. 31 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində keçirdiyi 35 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.