 
 
UEFA Çempionlar Liqasında pley-off mərhələsində cavab oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün təmsilçimiz "Qarabağ" da cavab oyununa çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Macarıstan təmsilçisi "Ferentsvaroş"u qəbul edib. Ağdam klubu 2:3 hesabı ilə məlub olsa da, iki younun nəticəsinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, komandalar arasında ilk oyun Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.
	UEFA Çempionlar Liqası
	Pley-off mərhələsi, cavab oyunu
	27 avqust
	"Qarabağ" – "Ferentsvaroş" - 2:3
	Qollar: Leandro Andrade, 25,  Abdullah Zubir, 45 // Cosef, 12, Varqa, 55 (pen), Tof, 81
	Baş hakim: Kleman Tyurpen
	Yan xətt hakimləri: Nikolya Danos və Aleksis Auqer
	Dördüncü hakim: Romen Lissorq
	VAR: Jerom Brizar 
	AVAR: Nikolya Renvil
	Tofiq Bəhramov adına Respublika Stadionu
	"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə
	Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt
	Baş məşqçi: Qurban Qurbanov
	"Ferensvaroş": 90. Dibuş (k), 5. Keyta, 10. Levi, 19. B. Varqa, 23. Ötvös, 25. Makrekis, 27. Sisse, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 75. Cosef
	Ehtiyat oyunçular: 99. Qrof, 3. Qartenmann, 7. Arzani, 8. Peşiç, 16. Zakariassen, 21. Botka, 22. G. Szalai, 30. Qruber, 33. Kadu, 64. A. Tof, 72. Madaraş, 77. Nagi
	Baş məşqçi: Robbi Kin

 
             
 








_1761579949.jpg)






