 
 
UEFA Çempionlar Liqasında pley-off mərhələsində cavab oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, bu gün 4 komanda Liqa mərhələsinə vəsiqə qazanıb.
"Qarabağ" doğma meydanda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşıb. Təmsilçimiz 3:2 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə əsasən Liqa mərhələsinə vəsiqə qazanıb.
Türkiyənin "Fənərbaxça" klubu isə Portuqaliyada "Benfika" ilə üz-üzə gəlib. İstanbul klubu minimal hesabla məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb.
	UEFA Çempionlar Liqası
	Pley-off mərhələsi, cavab oyunları
	27 avqust
	"Qarabağ" – "Ferentsvaroş" - 2:3
	Qollar: Leandro Andrade, 25,  Abdullah Zubir, 45 // Cosef, 12, Varqa, 55 (pen), Tof, 81
	(ilk oyun – 3:1)
	"Benfika" (Portuqaliya) – "Fənərbaxça" (Türkiyə) - 1:0
	Qol: Aktürkoğlu, 35
	(ilk oyun – 0:0)
	Kopenhagen" (Danimarka) – "Bazel" (İsveçrə) - 2:0
	Qollar: Kornelius, 46, Muokoko, 84 (pen) 
	(ilk oyun – 1:1)
	"Brügge" (Belçika) – "Reyncers" (Şotlandiya) - 6:0
	Qolla: Tresoldi, 5, Vanaken, 32, Seys, 41, 45, Stankoviç, 45+2, Tzolis, 50
	(ilk oyun – 3:1)

 
             
 








_1761579949.jpg)






